KANAL24.AZ
Az Iw En Ru

Bir gecədə 22 qız qaçırıldı

“Boko Haram” terror təşkilatı Nigeriyanın şimal-şərqində həyata keçirdiyi hücumlar nəticəsində 22 qızı qaçırıb.

Terrorçular ard-arda iki hücum həyata keçiriblər.

Birinci hücum zamanı 18 qız qaçırılıb. Qısa müddət sonra baş verən ikinci hücum zamanı daha 4 nəfər qaçırılıb.

Məlumatda qeyd olunur ki, yerli sakin girovlardan birinin azad olunmasına tələb edilən pulu ödəmədəyi üçün silahlılar tərəfindən öldürülüb.

Qaçırılan qızların vəziyyəti barədə hər hansı bir məlumat verilməyib.


18:59 01.04.2017
Xəbər lenti
Bütün xəbərlər