KANAL24.AZ
Az Iw En Ru

Sellofan torbaların istifadəsi tam qadağan olunur…

2018-ci ilin yanvarından bütün ticarət obyektlərində  plastik sellofan torbaların satışı qadağan ediləcək.
 
Bu qərar Türkiyənin Ətraf Mühitin Mühafizəsi və Şəhərsalma Nazirliyinin təklifi ilə verilib. 
Pərakəndə Satış Federasiyası Şurasının sədri Mustafa Altunbilek yerli mediaya açıqlamasında qeyd edib ki, sözü gedən tədbir tullantıların utilizasiyası qaydaları ilə bağlıdır: “Biz istəyirik ki, alıcılar parçadan hazlrlanmış  çoxdəfəlik torbalardan istifadə etsinlər. Plastik torbalar yüz illərlə çürümədən yığılıb qalır. Və nəticədə onlar ətraf mühitə və insan sağlamlığına böyük ziyan vururlar”. 
“Sellofan torbaların Türkiyənin bütün ticarət obyektlərində qadağan olunması haqda qanun 2018-ci ilin yanvarından qüvvəyə minəcək.” –deyə M.Altunbilek sözünə yekun vurub.

18:50 01.04.2017
Xəbər lenti
Bütün xəbərlər