KANAL24.AZ
Az Iw En Ru

Şürrle Bakıdan zədə ilə qayıdıb

Dortmund "Borussia"sının futbolçusu Andre Şürrle Almaniya milli komandasının düşərgəsindən klubuna zədəli halda qayıdıb.

Kanal24.az  goal.az-a istinadən xəbər verir ki, "Borussiya"nın baş məşqçisi Tomas Tuxel açıqlamasında bildirib ki, 27 yaşlı hücumçu Bakıda Azərbaycan yığması ilə oyun zamanı axill vətərindən xoşagəlməz zərbə alıb. Şürrle aprelin 1-də "Schalke" ilə Rur derbisini buraxmalı olacaq.

Marko Röys və Mario Götze zədə səbəbindən derbiyə yollanmayacaqlar. Məşqdə xəsarət alan Erik Durm da oyunu kənardan izləməli olacaq.


18:21 01.04.2017