KANAL24.AZ
Az Iw En Ru

Millimizin mundial şansı açıqlandı

DÇ-2018-in seçmə mərhələsində iştirak edən komandaların Rusiyada keçiriləcək mundiala çıxmaq şansları açıqlanıb. 

Kanal24.az xəbər verir ki, xarici ekspertlərin tərtib etdiyi siyahıda final mərhələsinə yüksəlməyə nəzəri şansları olan bütün komandalar yer alıb.
 
Meydan sahibi Rusiya və ilk vəsiqənin sahibi Braziliyadan sonra DÇ-yə yollanacaq 22 komanda adına 89 namizəd var. Azərbaycan millisi də bu yığmalar sırasındadır.
 
Avropa zonasının C qrupunda çıxış edən komandamızın şansları çox aşağı göstərilib. 5 oyundan sonra 7 xalla qrup 4-cüsü olan Robert Prosineçkinin yetirmələrinin Rusiyaya yollanmaq ehtimalı 0,37 faizdir.
 
Bu nəticə 89 namizəd arasında yalnız 75-cidir. Yığmamız Konqo, Liviya, Qətər, Litva, Norveç, Solomon adaları, Estoniya, Taiti,  Papua-Yeni Qvineya, Qazaxıstan, Kipr, Belarus, Finlandiya və Albaniyadan öndədir. Sonuncu 5 komandanın şansları cəmi 0,01, yəni 10000-də 1-ə bərabərdir. Ən şanslı olan Meksika isə 99,89 faiz mundialdadır.


18:15 01.04.2017
Xəbər lenti
Bütün xəbərlər