KANAL24.AZ
Az Iw En Ru

Avropa Birliyinin iki aparıcı dövləti toqquşdu – QALMAQAL

Almaniya hökumətinin xarici dövlət nömrəli avtomobillərdən yol vergisi tələb etməsi qonşu Avstriya tərəfindən ciddi etirazla qarşılanıb.

Kanal24.az  xarici mediaya istinadən xəbər verir ki, Avstriya hökuməti Almaniyanın bu qərarını “irqçi ayrı-seçkilik” adlandırıb.

Avstriyanın nəqliyyat naziri Jörg Leichtfried Almaniya hökumətinin bu qərarının Avropa Birliyinin siyasətinə də ziddi olduğunu bildirib: “Əcnəbilərdən yol vergisi almaq açıq-aşkar irqi ayrı-seçkilik etmək deməkdir. Biz Almaniyanın bu qərarını boykot edirik”.

Xatırladaq ki, Almaniya hökumətinin xarici dövlət nömrəsi olan avtomobillərdən yol vergisi almaq barədə təklifi Federal Məclis və Şura tərəfindən qəbul edilib. Bu qərardan dərhal sonra Avstriyanın Ədliyyə Şurası sözügedən məsələ ilə bağlı müzakirələrə başlayıb.


18:01 01.04.2017
Xəbər lenti
Bütün xəbərlər