KANAL24.AZ
Az Iw En Ru

Amerika əsgərləri Rusiya sərhədində səngər qazır – MÜHARİBƏ QAPIDA

ABŞ və Estoniya əsgərləri Rusiya ilə sərhəddə səngər qazırlar.

Estoniya Silahlı Qüvvələri bununla bağlı videogörüntülər yayıb.

Səngərlərin uzunluğu bir neçə yüz metrə qədərdir. Həmçinin, videoda istehkamların da qurulduğu görünür. Lakin bu səngərlərin sərhədin hansı istiqamətində qazıldığı məlum deyil.

Qeyd edək ki, Estoniyanın Rusiya ilə sərhədinin 120 kilometrliyində yerləşən Tape bölgəsində NATO qüvvələrinin bazası yerləşir.


17:41 01.04.2017
Xəbər lenti
Bütün xəbərlər