KANAL24.AZ
Az Iw En Ru

İŞİD sıralarında döyüşmüş Rusiya vətəndaşı saxlanıldı

Polşada İŞİD sıralarında döyüşmüş Rusiya vətəndaşı saxlanılıb.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Xəbərdə bildirilir ki, Çeçenistandan Polşaya gəlmiş A.Kıuri Polşanın Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları tərəfindən saxlanılıb.

Polşanın xüsusi xidmət nazirinin əlaqələndirici mətbuat katibi Stanislav Jarin bildirib ki, saxlanılmış şəxs 2 il Suriyada İŞİD-in üzvü kimi döyüşüb. O, Rusiya Federasiyasının çeçen millətindən olan vətəndaşıdır və Polşada qaçqın statusu alıb.

Saxlanılan şəxs barəsində cinayət işi açılıb. Prokurorluq ona xarici ölkə yaxud hərbi-xarici təşkilatın üzvü olmaqla bağlı ittiham irəli sürülüb.Saxlanılan şəxsi bu maddə ilə 3 aydan 5 ilə qədər həbs, habelə qanunsuz silah gəzdirmə maddəsi ilə 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.


15:32 01.04.2017
Xəbər lenti
Bütün xəbərlər