"Real Madrid"in canlı əfsanəsi Raul Qonzalez yenidən bu kluba qayıtmaq istəyir.
Kanal24.az goal.az-a istinadən xəbər verir ki, sabiq futbolçu "Real"ın prezidenti Florentino Perezin köməkçisi olmaq fikrindədir. O, niyyətini LA Liqanın prezidenti Xavyer Tebasa çatdırıb. Bunun mövsümün sonunda baş tutacağı gözlənilir.