KANAL24.AZ
Az Iw En Ru

Onun məqsədi FİFA-nın həyətində basdırılmaqdır – Platini

UEFA-nın keçmiş prezidenti Mişel Platini FİFA-nın sabiq prezidenti Yozef Blatteri sərt tənqid edib.

Fransa mətbuatına açıqlama verən Platini Blatteri paxıl adlandırıb:

"Blatter tanıdığım ən paxıl adamdır. O, heç vaxt başqa insanları müdafiə etməzdi, eləcə də məni müdafiə etmədi. Onun tək məqsədi FİFA-nın həyətində basdırılmaqdır".

Platini Blatterin onu saymadığını da bildirib: "Blatter sözümü hər zaman kəsirdi, məni görməzdən gəlirdi. Mənimlə problemi olduğunu anlamışdım”.

Qeyd edək ki, Y.Blatter FİFA-dan qeyri-qanuni olaraq 2 milyon İsveçrə frankı almaqda təqsirləndirildiyi üçün əvvəlcə 8 il müddətinə futboldan uzaqlaşdırılıb. .Blatterin etirazından sonra onu cəzası 6 ilə endirilib.


06:59 01.04.2017