KANAL24.AZ
Az Iw En Ru

""Arsenal"a getməyim qeyri-mümkündür"

"Tottenhem"in baş məşqçisi Maurisio Poçettino martın 22-də "Barselona"nın prezidenti Xosep Bartomeu ilə görüşmüşdü. Argentinalı mütəxəssis İspaniya qrandının baş məşqçiliyinə namizədlərin siyahısında yer aldığına görə bu görüş böyük maraq doğurmuşdu.

Poçettino həmin məsələ ilə bağlı bunları deyib:

"Bu görüş təsadüf idi. Mən "Espanyol" azarkeşiyəm. Bu barədə çox danışmağa ehtiyac görmürəm. Daniel Levi (red. "Tottenhem"in prezidenti) yaxın vaxtlarda məni istefaya göndərsə, "Arsenal"da işləməyim qeyri-mümkün olacaq. Mənim nəzərimdə sədaqəti qorumaq lazımdır. "Espanyol" və "Tottenhem"i sevirəm. Nə vaxtsa "Arsenal"a getməyə lüzum görmürəm".

Gənc mütəxəsis futbolçu kimi 1994-2000 və 2004-06-cı illərdə "Espanyol"da oynayıb. O, məşqçilik karyerasına da 2009-cu ildə katalon klubunda başlayıb.

17:37 31.03.2017
Xəbər lenti
Bütün xəbərlər