KANAL24.AZ
Az Iw En Ru

8 yaşdan yuxarı 18 uşaq I sinfə qeydiyyatdan keçib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi martın 15-dən bu günə kimi I sinfə qəbulla bağlı elektron müraciət edən 8 yaşdan yuxarı və 6 yaşı 16 sentyabr-31 dekabr tarixlərində tamam olan uşaqların sayını açıqlayıb.

Kanal24.az  xəbər verir ki, BŞTİ-dən lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 30 mart tarixli (saat 10:00) məlumata görə, Bakıda 8 yaşdan yuxarı 18 uşaq, 6 yaşı 16 sentyabr-31 dekabr tarixlərində tamam olan 3114 uşaq mektebeqebul.edu.az saytı vasitəsilə I sinfə qəbulla bağlı elektron qeydiyyatdan keçib. 
 
Qeyd edilib ki, 6 yaşı tamam olmayan uşaqların 2768 nəfəri məktəbəhazırlıq qruplarında təlim keçən uşaqlar olduğuna görə onlar müsahibəyə cəlb olunmayacaq.
 
Bildirək ki, I sinfə şagird qəbuluna martın 15-dən start verilib. Proses sentyabrın 15-ə kimi davam edəcək.
 
Nəzərinizə çatdıraq ki,  uşağın yaşı 8-i ötübsə, həmin uşağın valideyni mektebeqebul.edu.az saytına daxil olaraq qeydiyyatdan keçməli və həftənin 1-ci və 4-cü günləri həm özünün, həm də uşağının şəxsiyyət vəsiqəsi ilə BŞTİ-ə yaxınlaşmalıdır. Valideynlər uşaqlarını da özləri ilə gətirməlidir. Yaşı 8-dən yuxarı olan uşaqlar fərdi təhsilə cəlb olunacaqlar.
 
Bundan başqa, 6 yaşı 16 sentyabr - 31 dekabr tarixlərində tamam olan uşaq məktəbəqədər hazırlıq kursunda təhsil alıbsa, dövlət ümumtəhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaq.
 
Ümumi təhsil məktəbinin I sinfinə 2017-ci il sentyabrın 15-nə kimi 6 yaşı tamam olan, fiziki və əqli cəhətdən normal inkişaf etmiş, eləcə də Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsahibədən uğurla keçmiş 16.09.2011-ci il tarixindən 31.12.2011-ci il tarixinədək olan dövrdə anadan olan və dövlət ümumi təhsil müəssisələrində ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar qəbul edilir.


22:10 30.03.2017
Xəbər lenti
Bütün xəbərlər