KANAL24.AZ
Az Iw En Ru

Süpürgəçi qadını "NAZ-Lifan"la vurub öldürdü

Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Kanal24.az  report-a istinadən xəbər verir ki, hadisə Bərdə-Tərtər yolunda qeydə alınıb.

Belə ki, Bərdə rayon Yaşıllaşdırma və Təsərrüfat İdarəsinin işçisi, 1954-cü il təvəllüdlü Məlahət Xanlar qızı Yusifovanı sürücüsü hələlik məlum olmayan "NAZ-Lifan" markalı avtomobil vurub. Hadisədən sonra sürücü qaçıb. Qəza nəticəsində M.Yusifova ölüb. 

Hadisəni törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.

 

Faktla bağlı araşdırmalara başlanılıb. 


18:35 29.03.2017
Xəbər lenti
Bütün xəbərlər