KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda 30 ton yükü olan İran vətəndaşının "TIR"ı yandı: yaralanan var

Lənkəranda yanğın qeydə alınıb.

FHN-ə istinadən xəbər veririk ki, Lənkəran rayonu, Sütəmurdov kəndində çay fabrikinin ərazisində İran İslam Respublikasının vətəndaşına məxsus "TIR" markalı yük avtomobilinin kabinəsinin yanar hissələri, yük hissəsinə yığılmış 30 ton çayın 1 tonu və sahibi məlum olmayan digər yük avtomobilinin kabinəsi yanmışdır.

Yanğın zamanı 1 nəfər müxtəlif yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Hər iki yük avtomobilinin qalan hissələri yanğından mühafizə olunub.

Yanğın saat 03:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

16:35 29.03.2017
Xəbər lenti
Bütün xəbərlər