KANAL24.AZ
Az Iw En Ru

FİFA Messini cəzalandırdı - 4 oyun...

Argentina millisinin kapitanı Lionel Messi FİFA tərəfindən cəzalandırılıb.

Kanal 24.az  xəbər verir ki, ulduz futbolçu milli komandanın qarşıdakı 4 oyununda iştirak edə bilməyəcək. O, DÇ-2018-in seçmə mərhələsində Çili ilə oyunda görüşün hakimini təhqir etdiyinə görə cəza ilə üzləşib. Yan xətt hakimi ilə dialoqa girən Messi konfliktin sonunda onun əlini sıxmaqdan imtina etmişdi.

Beləliklə, argentinalı ulduz bu günkü Boliviya ilə oyundan başqa Uruqvay (31 avqust), Venesuela (5 sentyabr) və Peru (5 oktyabr) ilə matçlarda komandasına kömək edə bilməyəcək.


02:40 29.03.2017
Xəbər lenti
Bütün xəbərlər