KANAL24.AZ
Az Iw En Ru

Üç uşaq evdə yanaraq öldü - FOTO

Türkiyədə evdə yanğın zamanı 3 uşaq faciəli şəkildə ölüb.

Kanal 24.az  xəbər verir ki, hadisə bu gün səhər saatlarında Sakarya rayonunun Adapazarı qəsəbəsinin Göktepe məhəlləsində əfqan ailənin yaşadığı evdə baş verib.
 
Evdə naməlum səbəbdən yanğın başlayıb, qısa müddətdə evi və bitişik boş tövləni bürüyüb. Məhəllə sakinləri və xilasedicilərin köməyi ilə yanğın çətinliklə söndürülüb. Evdə yanğın nəticəsində ölən 3 uşağın cəsədi aşkarlanıb. Yanğın baş verən zaman uşaqların valideynləri evdə olmayıb. Yanğının səbəbləri araşdırılır.


00:42 29.03.2017
Xəbər lenti
Bütün xəbərlər