KANAL24.AZ
Az Iw En Ru

İtaliya-Azərbaycan Dostluq Dərnəyinin başçısı mükafata layiq görülüb

“Prezident İlham Əliyev idman sahəsində gördüyü işlərə Formula 1-i də əlavə edərək, idmanı beynəlxalq aləmdə daha çox gücləndirəcək bir addım atdı”

Bu il 9-cu təşkil edilən “Ferrari Awards” tədbiri Anzio şəhərində keçirilib. Tədbirə İtalyanın idman, sənət, iş, moda, mədəniyyət ictimaiyyətindən bir çox əhəmiyyətli insanlar qatılıb. Builki təqdimetmə mərasiminə türk jurnalist və eyni zamanda İtaliya-Azərbaycan Dostluq Dərnəyinin başçısı Dündar Keşaplı da qatılıb.

Bu günə qədər İtaliyadan türk mediasında əks-səda yaradan və bir çox xəbərə imzasını qoyan, eyni zamanda İtaliyada Skytg24, Tgcom24, Rai kimi əhəmiyyətli kanalların yayınlarına qatılan Dündar Keşaplı, "Ferrari Awards"da mükafata layiq görülənlər sırasında olub. D.Keşaplı, idman sahəsindəki səs gətirən reportajları səbəbiylə "Müvəffəqiyyətli idman müxbiri" mükafatına layiq görülüb.

Tədbiri təşkil edən Associazione Occhio dell`Arte Dərnəyinin başçısı Mauro Boccuccia, Ferrari Passion Dərnəyinin başçısı Fabio Barona, Keşaplını müvəffəqiyyətli işlərindən ötəri təbrik ediblər.
Onu bu mükafata layiq görənlərlə öz təşəkkürünü bildirən Dündar Keşaplı deyib ki, 
peşə etikasına uyğun bir şəkildə hər zaman doğru xəbər yaymağı özünə şüar edib.

İtaliya-Azərbaycan Dostluq Dərnəyinin rəhbəri Keşaplı çıxışında keçən il Azərbaycanın paytaxtı Bakıda ilk dəfə Formula 1 yarışları keçirildiyini xatırladıb: “Azərbaycan Respublikanın Prezidenti İlham Əliyev idman sahəsində gördüyü işlərə Formula 1-i də əlavə edərək, ölkədə idmanı daha da yaymaq və beynəlxalq aləmdə daha çox gücləndirəcək bir addım atdı. Bunlar sevindirici inkişafdır”.


22:55 28.03.2017
Xəbər lenti
Bütün xəbərlər