KANAL24.AZ
Az Iw En Ru

Qanunsuz silah-sursat müsadirə olundu

Balakən rayonunun Talalar kəndində yaşayan Cahangir Balayevin evinə baxış zamanı müvafiq sənədləri olmayan tüfəng və 23 ədəd patron aşkar edilərək götürülüb.

Kanal 24.az  DİN-ə istinadən xəbər verir ki, əldə edilən əməliyyat məlumatı əsasında Balakən RPŞ əməkdaşları tərəfindən Talalar kəndində yaşayan Cahangir Balayevin evinə baxış zamanı müvafiq sənədləri olmayan "TOZ-16" markalı tüfəng və 23 ədəd patron aşkar edilərək götürülüb.

Bildirilir ki, Yardımlı rayon sakini Cəlal Vəliyevdən də 1 ədəd tapança, 1 ədəd "AK" markalı silah və 13 ədəd avtomat patronu götürülüb. Paytaxtın Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yardımlı rayon sakini Cəlal Vəliyevdən 1 ədəd nömrəsi silinmiş "Liama" markalı tapança, 1 ədəd nömrəsi silinmiş "AK" markalı silah və 13 ədəd avtomat patronu götürülüb.

 

Polis əməkdaşları həmçinin, İmişli rayonunun Məmmədli kənd sakini Akif Kərimzadənin evinə baxış zamanı müvafiq sənədləri olmayan tüfəng aşkar edilərək götürülüb. İmişli RPŞ-nin əməkdaşları tərəfindən Məmmədli kənd sakini Akif Kərimzadənin evinə baxış zamanı müvafiq sənədləri olmayan "TOZ-16" markalı tüfəng aşkar edilərək götürülüb.


21:01 28.03.2017
Xəbər lenti
Bütün xəbərlər