KANAL24.AZ
Az Iw En Ru

İspaniyalı futbolçu azarkeşlə dalaşdı - VİDEO

İspaniya futbolunda xoşagəlməz hadisə baş verib.

Kanal 24.az  apasport.az-a istinadən xəbər verir ki, aşağı yaş qrupu komandalarının oyunu zamanı futbolçu ilə azarkeş əlbəyaxa olub.

Belə ki, "Andorra" ilə "El-Prat" arasında keçirilən görüşün gedişində qırmızı vərəqə alan oyunçulardan biri meydanı tərk edərkən azarkeş onu təhqir edib. Buna dözə bilməyən futbolçu həmin fanatın üzərinə şığıyıb və komanda yoldaşları ilə birlikdə onu yumruğa "qonaq edib".
 
Yalnız digər komandanın üzvləri və valideynlərin müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub.

 

Videonu izləmək üçün şəklə klikləyin:

İspaniyalı futbolçu azarkeşlə dalaşdı


20:56 28.03.2017
Xəbər lenti
Bütün xəbərlər