KANAL24.AZ
Az Iw En Ru

"Tarqovı”da Bakı və Sumqayıtdan olan qızların ÖLÜMÜNƏ DAVASI

Bakının mərkəzində xanımlar arasında dava-dalaş düşüb.

Kanal 24.az  lent.az-a istinadən xəbər verir ki, Xaqani küçəsi 24 ünvanın qarşısında ("Tarqovı” məhəllə istiqaməti) Sumqayıt şəhər sakini, 1993-cü il təvəllüdlü Qasımova Zülfiyyə Tağı qızı ilə 1997-ci ildə anadan olmuş paytaxt sakini Rəşidova Nəzrin Şahin qızı arasında dava düşüb. Yaxınlıqdakı şəxslər çalışsa da bir birini vurub, saçını yolan qızları ayıra bilməyiblər. Ərazidə xidmət aparan post patrul polisinin müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün olub. Hər iki qız polis bölməsinə aparılıb və izahatları alınıb.


20:24 28.03.2017
Xəbər lenti
Bütün xəbərlər