KANAL24.AZ
Az Iw En Ru

Jurnalistlərin işinə mane olanlar cəzalandırılacaqlar

Azərbaycanda jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmağa görə cəzanın cəriməsi artırılır.

Kanal 24.az  report-a istinadən xəbər verir ki, hazırda Cinayət Məcəlləsinə əsasən, jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etməyə görə 100 manatdan 500 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Dəyişikliklə cərimənin miqdarının 500 manatdan 1000 manatadək artırılması təklif edilir. 

Dəyişiklik layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq. 


18:55 28.03.2017
Xəbər lenti
Bütün xəbərlər