KANAL24.AZ
Az Iw En Ru

"Qalatasaray"da növbəti "zəlzələ"

Türkiyədə daha 4 nəfər “Qalatasaray” futbol klubunun üzvlüyündən imtina edib.

Məşhur iş adamı Məcid Çətinqaya və ailəsi - Mərd Məcid Çətinqaya, Həcər Zeynəb Çətinqaya və Ahu Çətinqaya klubda tutduğu müxtəlif vəzifələrdən istefa verib.

Ailənin istefası ilə bağlı yayılan mətndə işlədilən “Xain idmançı”, “Qatil futbolçu” ifadələri də diqqət çəkib.

Xatırladaq ki, klub rəhbərliyi FETÖ ilə əlaqədə şübhəli bilinən keçmiş futbolçuları Hakan Şükür və Arif Ərdəmin klubdan çıxarılması barədə qərar verib.


15:08 28.03.2017
Xəbər lenti
Bütün xəbərlər