KANAL24.AZ
Az Iw En Ru

Baş nazir: Bir qrup müxalifin səhvlərini "Qalatasaray"a aid etmək olmaz

Bir qrup müxalifin səhvlərini "Qalatasaray"a aid etmək haqsızlıq olar.

Kanal 24.az  məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım "Qalatasaray" futbol klubunda cərəyan edən son hadisələri şərh edərkən deyib.

Xatırladaq ki, 15 iyul dövlət çevrilişinə cəhddə təqsirləndirilən Fəthullah Gülən hərəkatı işi çərçivəsində "fərari vəziyyətində" olan sabiq futbolçular Hakan Şükür və Arif Ərdəmin "Qalatasaray" klubunun üzvlüyündən çıxarılması tələbinin rədd edilməsinə hökumət sərt reaksiya vermişdi. Ötən gün yenidən toplaşan "Qalatasaray" rəhbərliyi müvafiq olaraq 8 və 7 ildir üzvlük haqqı ödəməyən H.Şükür və A.Ərdəmin klubun üzvlüyündən çıxarılması barədə qərar qəbul edib.

Baş nazir qeyd edib ki, hər sahədə yanlış adamlar ola bilər: "Qalatasaray" illərdir üzümüzü ağ etmiş bir klubdur. Dolayısilə, burada bir qrup müxalif insanın yanlış addımlarını 100 illik tarixi olan kluba aid etmək haqsızlıq olar".


23:42 27.03.2017
Xəbər lenti
Bütün xəbərlər