KANAL24.AZ
Az Iw En Ru

Almaniya yığmasının müdafiəçisi: "Bir qədər özümüzdən razı oynadıq"

"Biz səviyyə baxımından Azərbaycan yığmasından ikiqat güclüyük".

Bunu Almaniya yığmasının futbolçusu Mats Hummels 2018-ci il dünya çempionatının seçmə qrup matçında

Azərbaycan milli komandası üzərində qazandıqları 4:1 hesablı qələbə barədə fikirlərini RTL telekanalı ilə bölüşərkən deyib.

"Bavariya" klubunda forma geyinən 29 yaşlı müdafiəçi bildirib ki, oyun bir qədər çətin alınıb. O, səviyyə fərqinin həlledici olduğunu qeyd edib: "Bir qədər özümüzdən razı oynadıq və bu, yaxşı hal deyil. Ona görə də çətinlik çəkdik. Lakin səviyyə fərqi nəticə üçün həlledici oldu".

Qeyd edək ki, Almaniya yığması 5 turdan sonra 15 xalla C qrupunda liderliyini davam etdirir. Aktivində 7 xal olan Azərbaycan yığması isə 1 pillə geriləyərək, 4-cü sıraya düşüb.


23:39 27.03.2017
Xəbər lenti
Bütün xəbərlər