KANAL24.AZ
Az Iw En Ru

Dünya çempionatında kövrək anlar: Xəstə uşaq milyonların dəstəyini aldı - VİDEO

İngiltərə yığması Londondakı Uembli stadionunda Litva millisi ilə qarşılaşıb. "Üç aslan" bu matçda litvalıları 2:0 hesabla məğlub edib.

İngiltərə yığması meydana çıxanda isə futbolçuların əllərindən tutan uşaqlar arasında balaca Bredli Louri də vardı.

Kanal 24.az  Daily Mail-ə istinadən bildirir ki, 5 yaşlı Bredli xərçəng xəstəliyinin ən ağır formalarından olan neyroblastomaya mübtəladır.

O, matç başlamazdan əvvəl meydana İngiltərə yığmasının və "Sanderlend"in forvardı Cermeyn Defonun əlindən tutaraq çıxıb.

Bredlinin dediyinə görə, Defo onun dostudur.

Cermeynlə Bredli xəstəxanada tanış olublar. Məşhur futbolçu xərçəng xəstəsi olan uşaqların müalicə aldıqları klinikaya baş çəkmiş və orada Bredlini görmüşdü.

Bredli Louri futbolçu ilə danışandan sonra onun qucağında yuxuya getmişdi.

"Bredli "Cermeyn mənim dostumdur" deyirdi. Litva ilə matçda Cermeynin oynayacağını biləndə isə Bredli sevinib. Daha sonra İngiltərə Futbol Assosiasiyası bizə təklif etdi ki, komandanı Bredli meydana çıxarsın, yığmanın "canlı talismanı" olsun. Oğlum çox sevindi. Bu sevincə görə assosiasiyaya, yığmaya, Cermeynə minnətdaram", - Bredlinin anası deyib. 

 

Cermeyn Defo da matçın 21-ci dəqiqəsində qol vuraraq Bredlini sevindirib.

İngiltərənin Hartlpul şəhərində yaşayan balaca Bredlinin müalicəsi üçün artıq 700 min funt-sterlinq yığılıb.

Balaca Bredli "Sanderlend"in fanatik pərəstişkarıdır.

 

 

 


22:38 27.03.2017
Xəbər lenti
Bütün xəbərlər