KANAL24.AZ
Az Iw En Ru

Hollandiya Türkiyə bayraqlarına büründü

Türkiyənin Ailə və Sosial Siyasət naziri Fatma Betül Qayanın çıxışına qadağa qoyulan Rotterdam şəhərində vitrinlərə Türkiyə bayraqları və “hə” şüarları asılıb.

Hadisə ilə bağlı danışan Rotterdam bələdiyyəsinin sədri Əhməd Abutalıb “Türk bayraqlarına və “Hə” şüarlarına toxunmayacağıq. Bunlarda ictimaiyyəti narahat edən hər hansı nüans yoxdur. Daha əvvəl Ərdoğanın posterləri asılmışdı. Bu, müəyyən problemlərə səbəb ola bilərdi”, - deyib.

Qeyd edək ki, daha əvvəl Gürcüstan əsilli bir türkə aid olan mağazanın divarlarına və vitrininə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın posterleri asılıb. Lakin Rotterdam bələdiyyəsinin sədri bu posterlərin yığılması haqda əmr verib.


04:24 26.03.2017