KANAL24.AZ
Az Iw En Ru

Mosul əməliyyatı dayandırıldı - Səbəb

Mosulun qərbinin İŞİD-dən azad edilməsi üçün həyata keçirilən əməliyyatlar dayandırıldı.

Bu sözləri İraq Federal Polisinin sözçüsü deyib.

“İraq ordusu mülki vətəndaşların ölümünə səbəb olmamaq üçün Mosul əməliyyatını dondurdu. Son vaxtlar həddindən artıq mülki şəxsin bu əməliyyat zamanı həlak olması ordunu buna vadar etdi. Biz planlarımızı yenidən nəzərdən keçirməliyik. Artıq yeni hücum planı hazırlamağın vaxtıdır. İŞİD-i Mosuldan çıxararkən mülki vətəndaşların ölümünə səbəb olmamaq üçün plan tərtib olunmalıdır”, - sözçü bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin eksperti Bilgay Duman Mosulun qərbindəki yaşayış məskənlərinə görə bu şəhərin azad edilməsi prosesinin uzandığını bildirib.


01:55 26.03.2017