Dünən axşam saatlarında Azərbaycana gələn Almaniya yığmasının futbolçuları bu gün Bakıda gəzintiyə çıxıblar.
Futbolçular “Hilton” hotelindən Dənizkənarı Milli Parka, oradan isə İçərişəhər küçələrinə yollanıblar.
Bu gün saat 17:45 Almaniya yığması Tofiq Bəhrəmov adına Respublika stadionunda məşq keçirəcək.
Azərbaycan-Almaniya matçı sabah saat 20:00-da başlayacaq.