KANAL24.AZ
Az Iw En Ru

Zəka geninin uşağa anadan keçdiyi açıqlandı

Əgər yaxşı bir universitetə qəbul olunmusunuzsa, asan qavraya və imtahanlarda uğur qazana bilirsinizsə, ağıllı olduğunuzu düşünürsünüzsə, ananıza təşəkkür edin. 
"Psychology Spot"da dərc olunan yeni elmi araşdırmaya görə zəka geni uşaqlara ana və atadan deyil, yalnız anadan keçir.
 
İndi vaxt maşınımızı minib, bir neçə dəqiqəliyinə orta məktəb illərindəki biologiya dərslərinə qayıdaq.
 
Bildiyimiz kimi, qadınlar XX xromosomu, kişilər isə XY xromosomu daşıyır. Zəka geni X xromosom olduğundan, zəka geninin uşağa X xromosomu ilə anadan keçməsi ehtimalı atadan keçməsi ehtimalından 2 dəfə çoxdur.
 
Aparılan elmi araşdırmaya görə, zəka geni uşağa atadan keçsə belə aktiv olmur. Bunun səbəbi isə genlərin mənşəyinə uyğun olaraq fərqli davranmasıdır. 
 
Bu, sizə inandırıcı gəlməyibsə, başqa dəlillər itəqdim edək.
 
1994-ci ildə "The Medical Research Council Social and Public Health Sciences Unit"də aparılan bir elmi iş zamanı analar ilə çalışılmış və 14-22 yaşları arasında 12,686 gənc ilə müsahibə aparılmış, təhsil səviyyələri, IQ, irq və siniflər üzərində işlər gücləndirilmişdir. Nəticə olaraq zəka üzərindəki ən böyük indikatorun analarının IQ səviyyələri olduğu görülmüşdür. Əlbəttə ki, genlər adamın nə qədər zəkalı olduğuna təsir edən yeganə amil deyil, amma əhəmiyyət verməyəcək qədər mühüm bir amildir.
 
Elmi araşdırmadan belə nəticə çıxır ki, əgər bir qadınsanız və zəkalı bir uşağınızın olmasını istəyirsinizsə, körpənizin ağıllı olma ehtimalını artırmaq üçün Harvard məzunu olan bir kişiyə ehtiyacınız yoxdur. Bu əsasən özünüzə bağlıdır.

01:15 26.03.2017
Xəbər lenti
Bütün xəbərlər