KANAL24.AZ
Az Iw En Ru

Ermənistanda yenə qan töküldü

Ermənistandakı seçki təbliğatı prosesində növbəti dəfə qan tökülüb.

Hadisə Araqatsotnski vilayətinin Kuçak kəndində baş verib. “Tsarukyan” blokunun (“Çiçəklənən Ermənistan” partiyasının sədri Gagik Tsarukyanın başçılıq etdiyi-C.T.) kənddəki qərargahının rəisi Aram Asatryan və “Tsarukyan” tərəfdarı Manuk Ovsepyan bıçaqlanıb. Aparan şəhərindəki tibb mərkəzindən bildirilib ki, hər iki kişi buraya bıçaq xəsarətləri ilə daxil olub. Polis cinayətkarın tutulması istiqamətində tədbirlər həyata keçirilir.

Qeyd edək ki, bundan əvvəl seçicilərlə görüş zamanı daha iki qanlı hadisə baş verib. Birində avtomat silahdan, digərində bıçaqdan istifadə nəticəsində qan tökülüb.


05:45 21.03.2017
Xəbər lenti
Bütün xəbərlər