KANAL24.AZ
Az Iw En Ru

Niderland baş naziri: "Türkiyə gərginləşmə yolunu seçərsə..."

Niderlandın baş naziri Mark Rötte Türkiyə ilə gərginləşən münasibətləri yoluna qoymağa çalışacağını bildirib.

Bu barədə "Associated Press" məlumat yayıb.
Onun sözlərinə görə, Niderland hökuməti "gərginliyin azaldılması üzərində işləri davam etdirəcək".

"Əgər Türkiyə gərginləşmə yolunu seçərsə, cavab vermək məcburiyyətində qalacağıq, lakin biz gərginliyin aradan qaldırılması üçün əlimizdən gələni edəcəyik", - deyə o əlavə edib.


23:54 12.03.2017
Xəbər lenti
Bütün xəbərlər