KANAL24.AZ
Az Iw En Ru

Obama hər kəsi aldadıb?Sənəd təsdiqini tapsa....

Barak Obamanın ABŞ-da deyil, Keniyada doğulduğu məlum olur…
 Malik Obamanın təqdim etdiyi sənəd hüquqi təsdiqini taparsa, B.Obamanın 8 il ərzində qeyri-qanuni olaraq prezident olduğu üzə çıxacaq...
 
Amerika qanunvericiliyinə görə, bu ölkədə doğulmamış şəxs ABŞ prezidenti seçilə bilməz.
 
Moderator.az Amerika FM radiolarından birinin internet saytına istinadla ABŞ-ın 44-cü prezidenti olmuş Barak Hüseyn Obamanın əslində Amerikada doğulmadığını və bunu gizlətmək üçün  doğum haqqında  şəhadətnaməsinin saxtalaşdırıldığı barədə məlumat əldə edib (Obama's Half-Brother Releases KENYA BIRTH CERTIFICATE for Barack Obama He was never Constitutionally Permitted to be US President).
 
 
Maraqlıdır ki, bu haqda informasiyanı radioya eks-prezidentin ogey qardaşı Malik Obama verib. 
Öncə xatırladaq ki, oxşar məlumatlar  B.Obamanın hakimiyyətdə olduğu müddətlərdə bir neçə dəfə səslənsə də, dövlət səviyyəsində təsdiqini tapmayıb. 
 
Məsələn, 2011-ci ildə kompüter qrafikası üzrə mütəxəssislər müəyyən etmişdilər ki, B.Obamanın Ağ Evin saytında yerləşdirilmiş doğum haqqında şəhadətnaməsi saxtadır.  “YouTube”dəki video-görüntülərdən  də ekspertlər ABŞ prezidentinin doğum haqqında şəhadətnaməsinin kobud şəkildə yaradılmış saxta sənəd olmasını sübut etdiyi məlum olurdu.
 
 
2012-ci ilin mayında isə Arizonanın Marikopa əyalətinin ən sərt şerifi adını almış Co Arpayo ABŞ prezidentinin doğum haqqında şəhadətnaməsinin saxtalaşdırdığını bəyan edərək B.Obamanın  ABŞ hüdudlarından kənarda doğulduğunu iddia edənləri dəstəkləmişdi. Şerifin sözlərinə görə, B.Obamanın doğum haqqında şəhadətnaməsi elektron variantda yaradılıbmış və sənədin ilkin kağız versiyasını heç kim görməyib. 
 
Ancaq  44-cü prezidentin ögey qardaşı Malik Obamanın  cəmi 3 gün öncə- martın 9-da mətbuata təqdim etdiyi sənəddən (mənbə:https://www.superstation95.com) məlum olur ki, Barak Hüseyn Obama 04 avqust 1961-ci  il axşam saat 7:24-də Böyük Britaniyanın Keniya protektoratlığının  Kovent dairəsinin Mombas məntəqəsindəki xəstəxanada  doğulub. 
 
“Superstation95”-in jurnalistləri yazır ki,  əgər bu həqiqətdirsə, o deməkdir ki, iki müddət ardıcıl prezident seçilmiş B.Obama ABŞ vətəndaşlarına və seçicilərinə qarşı dələduzluğa yol vermişdir.  Və onun prezidentliyi əvvəldən sonacan qeyri-qanunidir, boş şeydir(Ab Initio). B.Obama öz postunda heç bir iş görməyib, çünki prezident kimi  etibarsız və hüquqi mükəlləfiyyətsiz olub. B.Obama tərəfindən imzalanmış bütün qanun, sərəncam və ya digər sənədlərin də heç bir hüquqi əsası yoxdur. O cümlədən B.Obamanın təyin etdiyi bütün prokurorların cinayətdə ittiham olunanlar, həbs edilənlər barədə verdikləri qərarlar da  qeyri-qanunidir. Eləcə də hazırda B.Obamanın eks-prezident kimi pensiya almaq, ABŞ Məxfi Xidməti tərəfindən qorunmaq  və digər imtiyazlar üçün də heç bir hüququ yoxdur. Yazıda qeyd edilir ki, bu günədək ABŞ tarixində prezidentlərlə bağlı belə bir ziddiyyətli olay baş verməyib.
Əgər deyilənlər tam hüquqi təsdiqini taparsa, bu, ABŞ  və onun yeni prezidenti D.Tramp üçün katastrofik bir problem olacaq. Çünki Obamanın və onun məmurlarının 8 il ərzində imzaladığı bütün sənədlərə yenidən baxılmalıdır. Bu isə ABŞ-ın alt-üst edilməsi deməkdir...
 
Eyni zamanda çox maraqlı bir sual ortaya çıxır: həqiqətən B.Obamanın sənədi saxta olubsa,  kim, hansı güc “altında mina” olan belə  bir şəxsi prezident kürsüsünə çıxarıb və 8 il onu himayə edib. Bəs  sözü gedən sənədin məhz indi, özü də eks-prezidentin qardaşı tərəfindən  ortalığa çıxarılması nə məqsəd daşıyır... Təhlillər göstərir ki, bu  yalnız ABŞ-ın sonuna çıxmağın vaxtı çatdığına qərar vermiş transmilli oliqarxiyanın işi ola bilər...
 

21:30 12.03.2017
Xəbər lenti
Bütün xəbərlər