KANAL24.AZ
Az Iw En Ru

İsveçi Türkiyəyə "yox" deməyə MƏCBUR EDƏN SƏBƏB BİLİNDİ - YENİLƏNDİ/VİDEO

İsveçlə Türkiyə arasındakı kriz həll olunub.

Ədalət və İnkişaf Partiyasının başkan köməkçisi Mehdi Ekerin Stokholumdakı çıxışına icazə verilib. Mehdi Eker bu gün günortadan sonra “bəli” aksiyası üçün türk vətəndaşlarla görüşəcək.

Bir qədər öncə İsveçin Xarici İşlər Nazirliyinin mətbuat katibi hadisə ilə bağlı belə demişdi: “İsveçdə bütün azadlıqlar təmin edilir və hər kəs toplantı keçirmək haqqına sahibdir. İcazə alınıbsa, toplantı həyata keçiriləcək”.

Amma buna rəğmən öncədən əldə olunan razılığa baxmayaraq məkanın sahibi toplantıya icazə verməyəcəyini açıqlamışdı.

Artıq görüşün keçiriləcəyi məkanın sahibinin razılığı pozmasının səbəbi də gün işığına çıxıb. Sən demə, buna səbəb ona gələn təhdidlər olub.

Mehdi Eker bununla bağlı belə deyib: “İsveçin görüşümüzə mane olması ilə bağlı deyilənlər doğru deyil. Proqramımız olduğu kimi davam edir. Çıxışımda öncədən razılaşdığımız yer sahibinin razılaşmanı pozmasının səbəbini açıqlayacam. Onun təhdidlərdən çəkinib razılaşmanı pozmasına baxmayaraq, yaxın bir ərazidə görüşümüz baş tutacaq. Bu, terror təşkilatı PKK-nın işidir”.

O, görüşün keçirilməsi üçün şərait yaratdığına görə İsveç hökumətinə təşəkkür edib.

***

Türkiyəyə qarşı kampaniyanın miqyası genişlənməkdədir.

Bu dəfə İsveçdə AKP-nin sədr müavini Mehdi Ekerin tədbiri baş tutmayıb. Toplantı bu gün İsveçin paytaxtı Stokholmda keçiriləcəkdi.

Tədbirin keçiriləcəyi yerin idarəçisi salonu kirayə verməkdən boyun qaçırıb. Ancaq səbəbini açıqlamayıb.

Digər tərəfdən İsveçin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kent Oberq İsveç radiosuna açıqlamasında “İsveçdə söz azadlığı var. Hər kəs danışmaq və tədbir keçirmək hüququna malikdir. Belə bir icazə varsa, o tədbirin keçirilməsi mümkündür” deyib.


21:23 12.03.2017
Xəbər lenti
Bütün xəbərlər