KANAL24.AZ
Az Iw En Ru

Televizor izləyərək yemək yeyənlər bu xəstəliyə tutulur - DİQQƏT!

Televizor izləyərək yemək yeyirsinizsə, artıq çəki xəstəliyinə tutula bilərsiniz.

Aparılan araşdırmalar nəticəsində, ailəsi ilə axşam yeməyi yeyən insanlarda köklük riskinin daha az olduğu məlum olub. Ailənizlə yemək yeməyinizdən çox yediyiniz yeməyin ev üsulu olması və televizora fokuslanmamağınız daha önəmlidir.

Araşdırmaya görə, televizor izləməyən böyüklərdə köklük riski 40 faiz daha aşağıdır. Evdə hazırlanmış yeməkləri hazır yeməklərdən üstün tutanlarda isə risk 26 faizdir.

Həm ailədaxili münasibətlərinizi diqqət önündə saxlamaq, həm də sağlam yaşamaq üçün ailənizlə yemək yeyərkən televizoru söndürün. Ev üsulu yeməklər yeyin. Evdə yemək hazırlamağa vaxtı olmayanlar isə yemək alarkən sağlam qidalara üstünlük verməlidir


19:56 08.03.2017
Xəbər lenti
Bütün xəbərlər