KANAL24.AZ
Az Iw En Ru

Öd kisəsindən 883 daş çıxarıldı - Həkimlər şokda

Hindistanda qəribə olay baş verib.

Həkim Amit Caved adlı həkimin başçılığı ilə bir qrup həkim kəskin ağrılarla xəstəxanaya üz tutan Devinin ödündə daş olduğunu aşkarlayaraq, ötən həftə əməliyyat ediblər. Nəticə hər kəsi təəccübləndirib – 883 daş.

Əməliyyatdan sonra fikirlərini bölüşən həkim təcrübəsi boyu belə bir halla heç vaxt rastlaşmadığını deyib. Onun sözlərinə görə, daş çox olduğuna görə hətta qaraciyərin də yarısını kəsməyə məcbur olublar.

Uzun sürən əməliyyatdan sonra xəstənin durumunda heç bir problem yaşanmayıb.


15:41 08.03.2017
Xəbər lenti
Bütün xəbərlər