KANAL24.AZ
Az Iw En Ru

Onsuz yaşamaq çətindir

Hansı şirniyyat daha faydalıdır?

Çoxu şirin qidaların kökəlməyə səbəb olduğunu düşünsə də, əslində onların orqanizmimizə faydaları çoxdur. 

 
Şirin qidalar zehnin fəaliyyətini gücləndirir. Bədəninin enerjisini artırır və əhval-ruhiyyəni yüksəldir.
 
Əgər şirniyyat sevirsinizsə, o zaman belə qidalardan imtina etmək sizin üçün çətin olacaq. Amma siz faydalı xüsusiyyəti olan şirniyyatı seçməklə həm həzz ala, həm də sağlamlığınızı nisbətən qoruya bilərsiniz. 
 
Faydalı şirniyyatlar arasında qara şokoladın xüsusi yeri var. Şokoladın tərkibində gənc qalmağınız və gözəlliyiniz üçün faydalı olan vitaminlər var.
 
Zefir də faydalı qidalar arasındadır. Onun tərkibi zülal, fosfor və dəmirlə zəngindir. İçkilərini şirniyyatsız təsəvvür etməyənlər isə qənd əvəzinə baldan istifadə edə bilər.
 
Qeyd edək ki, faydalı şirin qidalarla yanaşı meyvəni də unutmaq olmaz. Bədəninizin sağlamlığı üçün orqanik meyvələrə üstünlük verin.

05:07 08.03.2017
Xəbər lenti
Bütün xəbərlər