KANAL24.AZ
Az Iw En Ru

Milli Məclisin plenar iclası yarımçıq qaldı

Milli Məclisin bu gün keçirilən plenar iclası yarımçıq qalıb.

Bu gün plenar iclas öz işini ikinci hissədə də davam etdirməyə qərar versə də, naməlum səbəbdən təxirə salınıb.

Milli Məclisdən jurnalistlərə bildirilib ki, bu gün keçirilən plenar iclasda yarımçıq qalan məsələlərin ümzakirəsi martın 10-da keçiriləcək növbəti iclasın gündəliyinə salınacaq.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə 13 məsələ daxil edilsə də, onlardan yalnız 5-i birinci hissədə müzakirə olunub. Yerdə qalan 8 məsələ isə yarımçıq qalıb.


22:30 07.03.2017
Xəbər lenti
Bütün xəbərlər