KANAL24.AZ
Az Iw En Ru

Gündə 100 qr meyvə görün nəyə qadirdir

Xarici mətbuatın məlumatına görə, Çin və İngiltərə alimləri 7 il ərzində yarım milyon insanın qidalanmasını və həyat tərzini təhlil etdikdən sonra belə nəticəyə gəliblər ki, gündə 100 qr meyvənin qəbulu ürək-damar sistemi xəstəliklərinin riskini 30 % azaldır.
 
Araşdırmada iştirak edən insanlar eksperimentin əvvəlində ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkmirdi və hipotenziv (təzyiq salan) preparatları qəbul etmirdi. 7 ildən sonra məlum olub ki, hər gün meyvə yeyən insanlarda ürək-damar sistemi xəstəlikləri, insult və infarkt kimi ağır pozulmalar meyvə yeməyən insanlarla müqayisədə xeyli az təsadüf edilir.
Alimlər ürək-damar sistemini qorumaq istəyən insanlara hər gün ən azı 100 qr meyvə yeməyi tövsiyə edirlər.

19:20 07.03.2017
Xəbər lenti
Bütün xəbərlər