KANAL24.AZ
Az Iw En Ru

Gecə saatlarında işləyənlər sağlamlığını məhv edir

Dünyada müxtəlif illərdə keçirilmiş araşdırmalar göstərib ki, gecə saatlarında işləyən insanlar öz sağlamlığını ciddi təhlükə altına salır.
 
Bu insanlarda maddələr mübadiləsi pozulur, sinir, ürək-damar, hormonal və bir çox digər sistemlər  həddindən artıq güclü yükləmələrə məruz qalır ki, bunun nəticəsində bir sıra xəstəliklərin və pozulmaların riski artır.
 
– Ürək-damar sistemi xəstəlikləri
 
Alimlər sübut edib ki, gecə saatlarında işləyən insanlarda infarktın riski 40% artmış olur.
 
Gecə saatlarında işləyən insanlarda orqanizmin bioloji ritmləri pozulur ki, bu insanlarda vaxt keçdikcə hipertoniya xəstəliyi inkişaf edir və qanda xolesterinin səviyyəsi qalxmış olur.
 
– Şəkərli diabet və piylənmə
 
Bu gecə saatlarında işləyən insanlarda maddələr mübadiləsinin pozulması ilə bağlıdır.
 
– Depressiya və affektiv pozulma
 
Gecə saatlarında orqanizmdə və o cümlədən beyində bərpa prosesləri işə salınır. Bu fizioloji proseslərin pozulması insanın psixoloji durumuna mənfi təsir edir.

16:59 07.03.2017
Xəbər lenti
Bütün xəbərlər