KANAL24.AZ
Az Iw En Ru

Ayaqda ayaqqabı varsa, namaz qılmaq olarmı?

Ayaqda ayaqqabı varsa, namaz qılmaq olarmı? Bəs şəpit (tapoçki) ya corab olca necə?

Ayaqqabı ilə namaz qılınmaz. Bu xristianların dəbidir ki, kilsəyə ayaqqabı ilə gedirlər, ibadətlərini də ayaqqabı ilə yerinə yetirirlər. Əvvəla, ayaqqabı ilə əgər çöldə gəzilibsə, altı bulaşmış olur. Bulaşıqlıq nəcasət də ola bilər, toz-torpaq və zir-zibil də.

Namaz qılmazdan əvvəl müsəlmanlar dəstəmaz alırlar, bədənlərinin və paltarlarının təmiz olmasına diqqət yetirirlər, canamazlarını pak-pakizə saxlayırlar, hətta evin ən təmiz, ən səliqəli yerini namaz üçün ayırırlar. Belə olan halda, kirli və tozlu ayaqqabı ilə namaz qılmaq müsəlmana yaraşarmı? Hətta əgər ayaqqabının altı pak və təmiz olsa belə, yenə bu halda onunla namaz qılınmaz. Çünki namazın səcdəsində ayaqların baş barmaqları yerə dəyməlidir. Adətən, adam ayaqqabının ucunu yerə dirəyəndə barmağı yerə çatmır, çünki ayaqqabının burnu şiş olur.

Amma yumşaq ev şəpiti və corabda bu problemlər olmadığı üçün onunla namaz qılmağın maneçiliyi yoxdur.


06:18 03.03.2017
Xəbər lenti
Bütün xəbərlər