KANAL24.AZ
Az Iw En Ru

Tanınmış rəssam İlhan İşbaşı Mahirə Əsədova ilə görüşdü

Kanal24.az xəbər verir ki, fevralın 11-də "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin icraçı direktoru, "Ana harayı"qəzetinin baş redaktoru Şamil Sabiroğlunun dəvəti ilə ölkəmizə qonaq gələn Türkiyənin tanınmış rəssamı İlhan İşbaşı və "Ekovilla" Şirkətinin səhmdarlarından olan Salih Döngel "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə xanım Əsədova ilə görüşüblər.


Ölkəmizdə olmaqdan məmnunluq duyan İlhan İşbaşı səmimi münasibətə və qonaqpərvərliyə görə Mahirə Əsədova öz dərin təşəkkürünü bildirib. 

Dəyirmi masa arxasında keçirilən görüş zamanı qardaş ölkələr arasında mövcud olan mədəni əlaqələrin daha da möhkəmləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Mahirə xanım bildirib ki, bu ilin fevralında Türkiyədə Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı tədbir  keçiriləcək, aprel ayında isə dövlət səviyyəsində Çanaqqala savaşının 100-cü ildönümü anılacaq.

"Gəncliyə Yardım Fondu"nun vitse prezidenti Salman Əliyev, "Yeni Yurd" İctimai Birliyinin sədr müavini Natiq Qasımov  belə görüşlərin ikitərəfli əməkdaşlığın inkişafına verdiyi töhfədən danışıblar.

Sonda xatirə şəkilləri çəkildi.

 


15:09 12.02.2015
Xəbər lenti
Bütün xəbərlər