KANAL24.AZ
Az Iw En Ru

2000 adam işıqsız qaldı - Səbəb pişik

Karelyada pişiyin elektrik yarımstansiyaya girməsi qısaqapanmaya səbəb olub ki, nəticədə Sartavala şəhərində böyük bir yaşayış məntəqəsi işıqsız qalıb.

Trend-in məlumatına görə, eləcə də uşaq bağçası, istixana və çörək zavodunda da elektrik təchizatında problem yaranıb.

Şəhərdə 2000-ə yaxın adam da işıqsız qalıb.

Qəzaya səbəb olmuş pişik isə ölüb. Qəzanın fəsadlarını aradan qaldırmaq üçün gələn təmir briqadası pişiyin cəsədini elektrik transformatordan cıxarıb


06:05 15.02.2017
Xəbər lenti
Bütün xəbərlər