KANAL24.AZ
Az Iw En Ru

Gürcü bazarlarında mal əti "kasıbçılığı"

Tbilisidə mal ətinin çatışmamazlığından gileylənirlər.

Kanal24.az  fins.az-a istinadən bildirir ki, bu defisitə görə mal ətinin qiyməti 2 lari bahalaşıb.
Gürcüstanın Milli Qida Agentliyinin açıqlamasına görə, son zamanlar mal-qara aktiv şəkildə ölkədən Azərbaycan və Misirə ixrac edilir. Əgər 2008-ci ildə 584 min dollar dəyərində heyvan ixrac olunubsa, ötən il bu məbləğ artıq 36,8 milyon dollara bərabər olub.
 
Məhz artan ixrac ölkədə mal ətinin defisitinə gətirib çıxarıb. "İbermit" şirkətinin verdiyi xəbərə görə, Asiya ölkələrində Gürcüstan mal-qarasına tələbat artıb: "İxracatçılar fermerlərə daha çox pul verdiklərinə görə, axırıncılar inəklərini Gürcüstan bazarı üçün saxlamağa yox, xaricə satmağs üstünlük verirlər. Buna görə ölkədə mal-qaranın sayı azalıb".


04:55 15.02.2017
Xəbər lenti
Bütün xəbərlər