KANAL24.AZ
Az Iw En Ru

Daha bir ölkə Rusiya sərhədinə qoşun yeridir

Bir sıra NATO ölkələrinin ardınca İspaniya da Rusiya sərhədlərinə hərbi bölmələrini göndərir.

“Delfi” portalı xəbər verir ki, İspaniya 6 “Leopard 2E” tankı, 10 “Pizarro” tırtıllı zirehli avtomobili və 350 hərbi qulluqçunu Latviyaya göndərmək niyyətindədir.

Qeyd edək ki, NATO 2016-cı ildə keçirilən Varşava sammitində Latviya, Litva, Estoniya və Polşanın xahişi ilə bu ölkələrdə çoxmillətli batalyonların yerləşdirilməsi haqqında qərar verib. Latviya 2004-cü ildən NATO-nun üzvüdür.


04:03 15.02.2017
Xəbər lenti
Bütün xəbərlər