KANAL24.AZ
Az Iw En Ru

Kim Çen Inın qardaşı öldürüldü - YENİLƏNDİ

Malayziya polisi öldürülən şəxsin Kim Çen Nam olduğunu təsdiqləyib.

***

Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) lideri Kim Çen Inın qardaşı Malayziyada öldürülüb.

Bu haqda “Yonhap” agentliyi bildirib.

Agentliyin məlumatına görə, Kim Çen Nam Kuala-Lumpur aeroportunda öldürülüb. Mənbə qeyd edib ki, iki naməlum qadın ona zəhərlənmiş iynə batırıb. Qadınlar cinayət yerindən qaçıb gizləniblər. Onların Şimali Koreyanın xüsusi xidmət orqanlarına işlədiyi təxmin edilir.

“Reuters” xəbər verir ki, Malayziya polisi naməlum kişinin hava limanından xəstəxanaya aparılarkən yolda öldüyünü təsdiqləyib. Malayziyanın təhlükəsizlik xidməti hələlik ölənin kimliyini təsdiqləməyib.


00:53 15.02.2017
Xəbər lenti
Bütün xəbərlər