KANAL24.AZ
Az Iw En Ru

Uçqunda həlak olan əsgərin meyiti qarın altında çıxarıldı - Müdafiə Nazirliyindən açıqlama

Xəbər verdiyimiz kimi, fevralın 9-u axşam saatlarında Murovdağ silsiləsində xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rüstəmov Ülvi Əhməd oğlu baş vermiş qar uçqunu nəticəsində həlak olub.
 
Müdafiə Nazirliyindən unikal.org-un sorğusuna cavab olaraq bildirilib ki, fevralın 9-u Murovdağ silsiləsində xidməti vəzifələrini yerinə yetirərkən baş vermiş qar uçqunu nəticəsində həlak olan əsgər Rüstəmov Ülvi Əhməd oğlunun nəşi hadisə yerindən çıxarılaraq təxliyə edilib. Əsgər Ü.Rüstəmovun nəşi bu gün dəfn olunması üçün doğulduğu Ağcabədi rayonuna aparılıb.
 
Müdafiə Nazirliyinin rəhbərliyi təbii fəlakət nəticəsində həlak olmuş əsgərimizin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

18:07 11.02.2017
Xəbər lenti
Bütün xəbərlər