KANAL24.AZ
Az Iw En Ru

Ermənistan səfirliyinin avtomobili qəzaya uğradı

Ermənistanın Rusiyadakı səfirliyinə məxsus "Mercedes" markalı avtomobil Moskvada "Şeremetyevo" hava limanı ərazisində qəzaya uğrayıb.

Bu barədə səfirliyin mətbuat katibi Levon Torqomyan "RİA Novosti"yə bildirib.
Onun sözlərinə görə, avtomobil "Şeremetyevo" hava limanı istiqamətində hərəkət edərkən, "Kia" markalı maşınla toqquşub: "İlkin məlumata görə, xəsarət alan yoxdur".
Mətbuat katibi hadisənin səbəblərinin araşdırıldığını söyləyib. 


17:03 11.02.2017
Xəbər lenti
Bütün xəbərlər