KANAL24.AZ
Az Iw En Ru

Ürək döyüntüləri xəstəliklər barədə məlumat verir

Almaniyanın Münhen Universitetinin mütəxəssisləri apardığı araşdırmalar nəticəsində müəyyən ediblər ki,  ürək döyüntüsünün  köməkliyi ilə insanda erkən mərhələlərdə olan müxtəlif xəstəlikləri diaqnoz etmək mümkündür.
 
Alimlər infarktdan əvvəl ürəyin döyüntülərini izləyərkən, belə bir nəticəyə gəlib. Onlar müəyyən ediblər ki, ürəyin nasazlığı zamanı 95% hallarda nəbzin döyüntüsü təxminən  iki dəfə güclənir. 
 
Həmçinin məlum olub ki,  ürək döyüntüsünün tezliyi insan orqanizmində  müxtəlif onkoloji şişlərin inkişafından da xəbər verə bilər. Məsələn, onkoloji xəstəliklərin ilkin mərhələlərində  nəbzin döyüntüləri təxminən 30%  normadan aşağı düşür.
 
Mütəxəssislərin sözlərinə görə, bu yeni nailiyyət bir çox insanların həyatını xilas etməyə kömək edəcək.

03:04 10.02.2017
Xəbər lenti
Bütün xəbərlər