KANAL24.AZ
Az Iw En Ru

19 yaşında 34 qadını zorlayan gəncə məhkəmədən İLGİNC QƏRAR

ABŞ-ın Aydaho ştatında məhkəmə təcavüzə görə həbs edilmiş Kodi Dueyn Skott Errera adlı şəxsə evlənənə qədər cinsi əlaqəyə girməmək cəzası verib.

2015-ci ilin mart ayında 15 yaşlı bir qıza təcavüz etdiyini etiraf etdikdən sonra Errera keçən həftə 5 ildən 15 ilə qədər həbsə məhkum edilib.

Ancaq 19 yaşlı Erreranın cəzası, həbsdə bir il ərzində tətbiq olunacaq müalicəsi müvəffəqiyyətli keçərsə, təxirə salına bilər.

Milli.Az Times News-a istinadən xəbər verir ki, hakim Redni Stoker qərarını açıqlayarkən bu şərti vurğulayaraq: "Əgər şərtli təxliyəylə azadlığa çıxarsa, evlənmədiyi müddətcə heç vaxt cinsi əlaqəyə girməsinə icazə verilməyəcək", - deyib.

Hakim cinsi əlaqəyə girməmək qərarının Erreranın istintaqdan öncəki dindirilməsi zamanı cinsi əlaqəyə girmək üçün 34 qadını zorladığını etiraf etdikdən sonra alındığını deyib.

 


21:32 08.02.2017
Xəbər lenti
Bütün xəbərlər