KANAL24.AZ
Az Iw En Ru

Əli Əhmədov: "Lapşinin ekstradisiyası Azərbaycanın öz dövlət maraqlarını qorumaq əzmində olduğunu sübut edir"

"2011-2012-ci illərdə Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan, antiazərbaycan xarakterli bəyanatlarla çıxış edən Aleksandr Lapşinin Belarus hökuməti tərəfindən saxlanılaraq Azərbaycana ekstradisiya edilməsi Azərbaycanın öz dövlət maraqlarını qorumaq əzmində olduğunu sübut edən çoxsaylı faktlardan biridir".

Bunu bu gün jurnalistlərə açıqlamsında baş nazirin müavini Əli Əhmədov söyləyib.

Ə.Əhmədov deyib ki, Azərbayücan dövlət müstəqilliyinə, dövlət maraqlarına qarşı çıxan, bununla da milli qanunvericilyini, beynəlxalq hüquq normalarını pozan insanlara qarşı həmişə birmənalı mövqeyini ortaya qoyub: "Bu mövqe nəticəsində cinayət törətmiş hər bir şəxsin qanun qarşısında cavab verməsinə nail ola biləcəyik. Azərbaycan dövləti kifayət qədər qətiyyətli siyasi iradəsini nümayiş etdirə bilir. Lapşinin Azərbaycana gətirilməsi Azərbaycanın siyasi iradəsini, dövlət mapraqlarını qorumaq naminə ən cəsarətli addımlar atm aq irədəsini ortaya qoyub".


20:56 08.02.2017
Xəbər lenti
Bütün xəbərlər