KANAL24.AZ
Az Iw En Ru

Donetsk separatçılarının “Givi” ləqəbli məşhur komandiri öldürülüb

Ukraynada qondarma “Donetsk Xalq Respublikası”nın liderlərindən biri, “Somali” batalyonunun komandiri, “Givi” ləqəbli məşhur terrorçu Mixail Tolstıx öldürülüb.

TASS-agentliyi xəbər verir ki, bu barədə Donetsk xəbərlər agentliyinə “DXR” əməliyyat komandanlığından bildiriblər.  

“Bu gün M.Tolstıx yerli vaxtla saat 06:12-də qətlə yetirilib. Hələ ki, onun hansı şəraitdə öldürüldüyü dəqiq bəlli deyil. Hadisə yerində separatçıların istintaq qrupu işləyir. Bu, Ukrayna hakimiyyəti tərəfindən Donbas sakinlərinə qarşı başladılmış terrorçu müharibənin davamıdır” - məlumatda deyilir. 

Komandanlıqdan əlavə ediblər ki, hadisə yerində istintaq qrupu çalışır. Hadisənin təfərrüatları araşdırılır.


20:25 08.02.2017
Xəbər lenti
Bütün xəbərlər